Bin Ladenin oğlu öldürüldü
Əl Qaidə terror təşkilatının sabiq lideri Usama bin Ladeninin oğlu Həmzə bin Laden öldürülüb.
Bu barədə ABŞ mediası iddia irəli sürüb. 30 yaşlı Həmzə son 2 il ərzində zərərsizləşdirilib. Məlumat Ağ Ev tərəfindən təsdiq edilməyib.
Qeyd edək ki, ABŞ fevral ayında Həmzə bin Ladenin başına 1 milyon dollar qoymuşdu.