Ermənistanda 20 siyasi qüvvə birləşir - Müxalif blok yaradılacaq
Ermənistanın daxili siyasi həyatında bu payız, xüsusilə müxalifət sahəsində ciddi irəliləyişlərin olacağı gözlənilir. “Past” nəşri yazır ki, yeddi partiyanın oktyabrda birləşmə haqqında bəyannamə imzalayacağı gözlənilir. Lakin birləşmiş siyasi qüvvələrin real sayı 20-dən çox olacaq. Partiyalar siyasi hədəflərini əks etdirən “işçi sənədi”ni təqdim edəcəklər. Yeni bloka tanınmış siyasətçilər, bir sıra ictimai təşkilat və ekspert cəmiyyətlərinin əsas nümayəndələri daxil olacaq.