Şabranda kütləvi zəhərlənmə - ad günü tortundan

Bir qrup isə qarpız yedikdən sonra xəstəxanaya getməli olub

Şabranda kütləvi zəhərlənmə olub. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aslan Usubovun İstiPress-ə verdiyi məlumata görə, gecə saatlarında 18 nəfər xəstəxanaya müraciət edib. Onların arasında uaşaqlar da var.  Onun sözlərinə görə, zəhərlənənlərin bir neçəsi eyni ailənin üzvi olublar. Onlar ad günü mərasimində tort yedikdən sonra özlərini pis hiss ediblər. Aslan Usubov dxəstəxanaya müraciət edənlərin adını açıqlayıb.: Bunlar Əfiqə Ibrahimova Məhəbbət İbrahimova İlahə İbrahimova Elşən Quliyev Samirə Quliyeva Təranə Quliyeva (14 yaş) Nazilə Əsədullayeva (12 yaş) Təranə Salayeva  Səbinə Əhmədova  Saatxanım Məmmədova Bir necə nəfər isə qarpızdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət ediblər. Onlara ilkin yardım göstərilib, mədələri yuyulub.