Səudiyyədə qadınlara tək səyahət icazəsi verildi
Səudiyyə Ərəbistanında qadınlara səyahət, subaylıq, iş şəraiti, sosial müdafiə ilə bağlı yeni haqlar verən krallıq qərarnamələri rəsmi qəzetdə yayımlanıb. 

Qaynarinfo xəbər verir ki, qərarı Kral Salman imzalayıb. 
 
Qərara əsasən artıq qadınlar pasport almaq və ölkə xaricinə çıxmaq üçün kişilərdən icazə almayacaq.
Qeyd edək ki, indiyədək Səudiyyə Ərəbistanında qadınların və 21 yaşından kiçik kişilərin icazəsiz pasport alması və ölkə xaricə çıxması qadağan idi.