Yaponlar uzunömürlü olduqlarına görə rekord qırdılar -STATİSTİKA...
Yaponlar uzunömürlü olduqlarına görə rekord qırdılar. 
Moderator.az xəbər verir ki, Yaponiyanın Səhiyyə Nazirliyi verdiyi açıqlamada ölkədə orta yaş dövrünün rekord həddə çatdığını bildirib. Kişi və qadınların son otuz ildə orta yaş dövrlərinin beş il artığı açıqlanıb.  2018-ci ilin statistikasına əsasən qadın və kişilərin orta yaş dövrlərinin yeddi il artdığı məlum olub. Bununla da yapon qadınlar Honk Konqdan sonra ikinci yeri, yapon kişilər isə Honk Konq və İsveçdən sonra üçüncü yeri tutublar. 
Bildirilir ki, Yaponiyada qadınlar 87, kişilər isə 81 il yaşayır.