Xalq artisitnin qardaşının qəza görüntüləri yayıldı
Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti Nübar Novruzovanın ailəsində kədərli hadisə baş verib.
Open.az xəbər verir ki, aktrisanın qardaşı Cəfər Novruzovu ötən gün, günorta saatlarında avtomobil vurub. Cəfər Novruzov ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə xəbəri Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist İlham Əsədov yayıb.
Cəfər Novruzov 11 saylı sərnişin avtobusunun sürücüsüdür. Ötən gün avtobusu yolun kənarında saxlayaraq, qəzet köşkünə yaxınlaşıb. Qayıdarkən, yoldan keçən avtomobil tərəfindən ağır bədən xəsarəti alıb.
Qeyd edək ki, sosial şəbəkədə hadisənin görüntüləri də yayılıb.