Zəvvarımız Həccdə dünyasını dəyişib - 69 yaşı vardı
Azərbaycanlı zəvvar Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı dünyasını dəyişib. Qafqaz Müsəlmanlar İdarəsindən Oxu.Az-a verilən məlumata görə, dünyasını dəyişən zəvvar 1950-ci il təvəllüdlü Bəhmən Şükürovdur. O, Həcc ziyarətini zaman ürək çatışmazılığından vəfat edib. Ümumi qaydalara görə, zəvvarın Məkkədə dəfn olunacağı bildirilib.