Zelenski Türkiyəyə gedir
Ukrayna Prezidenti Vladimir Zelenski avqustun 7-8-də Türkiyəyə işgüzar səfər edəcək. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezidentinin saytı xəbər yayıb. Bildirilir ki, Ankaraya səfər çərçivəsində Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli münasibətlərin inkişafına dair müzakirələr aparacaq. Zelenski, həmçinin Ukrayna və Krım tatarları cəmiyyətində görüş keçirəcək.