Rusiyada hərbi hissədə partlayış olub - VİDEO
Rusiyanın Krasnoyarsk diyarında hərbi hissə ərazisində partlayış baş verib. “Report xəbər verir ki, məlumatı TASS yayıb. Bildirilib ki, partlayışdan sonra yanğın olub. Məlumata görə, partlayış Kras noyarsk diyarının Açinsk rayonunda hərbi hissənin artilleriya anbarında qeydə alınıb. Hadisənin səbəbi araşdırılır. Qəza yerinə xilasedicilər və təxliyyə üçün avtobuslar cəlb olunub. Hadisə zamanı iki nəfərin qəlpə yarası alıb. Onlar Sçinsk rayonlararası xəstəxanaya yerləşdirilib