Ali məktəblərə ixtisas seçimi başa çatır
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır. APA-nın xəbərinə görə, ixtisas seçimi saat 23:59-dək davam edəcək. Abituriyentlər (həmçinin subbakalavrlar) qeyd olunan vaxta qədər öz seçimlərini dəqiqləşdirməli və ixtisas seçimi etməklə ərizələrini təsdiq etməlidirlər. Elektron ərizəsini təsdiq etməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.