Xaçmazın polis rəisi işdən azad olunub
Xaçmaz rayon Polis Şöbəsinin rəisi Nofəl Məhərrəmov işdən azad olunub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. N.Məhərrəmovun sərəncamda olduğu bildirilir. Onun yerinə hələ ki təyinat yoxdur.