Bu gündən Rusiya və Türkiyə arasında viza rejimi qismən ləğv edilir
Bu gündən etibarən Türkiyə ilə Rusiya arasında viza rejiminin qismən qaldırılması ilə bağlı qərar qüvvəyə minir. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib. 

Açıqlamada qeyd olunub ki, iki ölkə arasında viza məsləhətləşmələri çərçivəsində xidməti və xüsusi pasport sahiblərinə qarşılıqlı olaraq viza azadlığı verilib. Hər iki ölkənin xidməti və xüsusi pasport sahib vətəndaşları Rusiya və Türkiyəyə sərbəst səfər edə biləcəklər.

Eləcə də, beynəlxalq daşımaları həyata keçirən sürücülərə qarşılıqlı əsaslarla viza azadlığı veriləcək. 

Qeyd edək ki, 12 may 2010-cu ildə Rusiya ilə Türkiyə arasında vizadan azad edilmə haqqında saziş imzalanıb. Sazişin müddəalarından bir qismi avqustun 7-dən qüvvəyə minir.