Lerikdə zəlzələ olub
Lerik rayonunda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildirilib ki, yeraltı təkan, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 06:43-də Yardımlı stansiyasından 22 km cənub-şərqdə Lerik ərazisində qeydə alınıb. Maqnitudası 3.0, dərinliyi 12 km olan zəlzələ hiss olunmayıb.