Pakistan Hindistandan səfirini geri çağırmağı tələb etdi
Pakistan Hindistandan İslamabaddakı səfirini geri çağırmağı tələb edib.
Qaynarinfo xəbər verir ki, Pakistan Milli Təhlükəsizlik Şurasının iclasında Hindistanla diplomatik əlaqələrin zəiflədilməsi, ticarətə məhdudiyyətlər tətbiq etmə barədə qərar qəbul edilib. Rəsmi İslamabad Hindistana səfir göndərməkdən imtina edib, həmçinin bu ölkədən səfirini geri çağırmağı istəyib. 
Qeyd edək ki, Hindistan ötən günlərdə Cammu və Kəşmirin muxtariyyət statusunu ləğv edib. Kəşmir hər iki ölkə arasında mübahisəli ərazi hesab edilir.