Türkiyəli fermer buğaya "S-400" adını verib – MARAQLI SƏBƏB
Türkiyənin Çorum bölgəsində heyvandarlıqla məşğul olan Seyfi Keyvan ölkə ictimaiyyətinin marağını üzərinə çəkib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, S. Keyvan xüsusi olaraq qulluq edib saxladığı buğaya "S-400" adını verib.
S. Keyvan qurban bayramı üçün satışa çıxardığı buğaya "S-400" adının qoymasını səbəbini izah edərkən deyib: "Bu buğa ("S-400") öz təsərrüfatımızdandır. 3 yaşı var və 3 ildir öz uşağım kimi ona xüsusi qulluq edirəm. Hazırda 1.5 ton çəkisi var. Prezidentimiz Rəcəb Tayyip Ərdoğan Amerikanın təhdidlərinə baxmayaraq S-400-ləri Türkiyəyə gətirdi. Bizim də buğamız bu ərazidə ən gülcü buğa olduğu üçün heç bir təhdiddən qorxmur. Ona görə də adını S-400 qoyduq" .
Qeyd edək ki, S. Keyvan 1.5 ton olan "S-400"ü 17 min 250 tl-yə (5350 AZN) satıb.