Aytən Hidrometerologiya Depertamentini tənqid etdi
Aparıcı Aytən Səfərova Milli Hidrometeorologiya Departamentini tənqid edib. Minval.info xəbər verir ki, aparıcı Departamentin bugünkü hava şəraiti ilə bağlı proqnozunu “İnstagram”da paylaşaraq doğru məlumat verilmədiyini bildirib: “Yalansa… Bayaqdan şimşək, leysan buraları nə günə qoyub. İldırım transformatoru vurub, yüzlərlə ev, uşaq bağçaları, poliklinikalar işıqsız qalıb. “Əsasən yağmursuz” və ya “Bəzi yerlərdə yağış ehtimalı”dır bu?”.