Eks-prezidentin 136 tərəfdarı həbs olunub
Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin 136 tərəfdarı həbs olunub. Modern.az Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, ümumilikdə, 109 nəfər aksiyalar zamanı xəsarət alıb.   Hazırda yalnız 14 nəfər xəstəxanada müalicə alır. Etirazçıların lideri Almazbek Atambayevin isə hələ avqustun 26-na qədər həbsdə olacağı gözlənilir.