Okean 50 il özündə saxladığı məktubu sahilə çıxardı və... – Yox olan dövlətdən salam!
Moderator.az dünya mediasına istinadən xəbər verir ki, Amerikanın Alyaska əyalətində yaşayan Tyler İvanov adlı şəxs okeandan içində məktub olan şüşə qab tapıb. 50 il öncə, SSRİ dönəmində dənizə atılan məktubda nə yazıldığını öyrənmək üçün ABŞ vətəndaşı maraqlı üsuldan istifadə edib. Rus dilində yazılan məktubda nə deyildiyini anlamaq üçün məktubu tapan şəxs onu facebookda yayaraq bu yolla rus dilini bilən şəxslərdən kömək istəyib. Məlum olub ki, məktubda heç bri qeyri-adi çağırış və sirr yoxdur. Məktub müəllifi onu tapan şəxsi salamladığını və bu barədə xidmət etdiyi gəmi heyətini məlumatlandırmağı xahiş edir. Məktubun məzmununda görünür ki, məktub müəllifi okeana atdığı şüşənin nə vaxtsa sahilə çıxacağını güman etməyib və onun hansısa matros tərəfindən aşkarlanacağına ümid edib.