Yapon alimi gəncliyi uzadan məhsulun adını açıqladı
Gerontologiya üzrə Yapon mütəxəssisi Hidetoşi Endo, beynin cavanlığını qorumağa kömək edəcək bir vasitə tapdığını söyləyib.
Onun sözlərinə görə, Hindistanda məşhur olan zəncəfil  yaşlanma əleyhinə olan bir dərmandır.
Yeri gəlmişkən, bu ədviyyə dəfələrlə onun faydalı xüsusiyyətlərini araşdıran görkəmli elm adamları üçün maraq doğurub. Elmi təcrübələrin köməyi ilə onun faydalılığı bir çox sahədə sübut edilmişdir.
Yapon mütəxəssisi bir sualla  maraqlanıb: niyə Hindistanda bu qədər uzunömürlü insan var və yaş artdıqca beyin dəyişikliklərindən əziyyət çəkməyən yüz yaşlılar  var? Hindlilər zəncəfildən yalnız bir  şirin ədviyyə kimi istifadə etmirlər: ənənəvi Ayurveda təbabətində bir sıra dərmanlar onun əsasında hazırlanır.
Müşahidələr nəticəsində ədviyyatın konsentrasiyaya və yaddaşı yaxşılaşdırmağa faydalı təsir göstərdiyi aşkar edilib.