“Yandex” əhalini hakimiyyətə qarşı qızışdırır?

Rusiyanın Google-u kimi tanınan “Yandex” axtarış sistemi Dövlət Dumasının deputatlarını qəzəbləndirib. Deputatlar sistemdə xəbərlərin necə sıralanmasından məmnun deyillər. Söhbət qanunverici orqanın irəli sürdüyü, ictimaiyyətin elə də xoşlanmadığı təkliflərdən gedir.

Deputatlar sual ediblər ki, “xaricdə qeydiyyatdan keçmiş” bu internet portalı mövzu ətrafındakı məlumatları ölkədə “ictimai və siyasi durumu qızışdırmaq” üçün bilərəkdən önə çıxarır? Bu haqda avqustun 14-də Dumanın vebsaytında bəyanat yerləşdirilib. Yandex-in səhmlərinin 80 faizi Nyu Yorkdakı Nasdaq birjasında alınıb-satılır. Qərargahı Moskvada yerləşən Yandex Rusiya rəsmilərinin xarici müdaxilədə, ictimai itaətsizliyi həvəsləndirməkdə suçladığı sonuncu “xarici” qüvvədir. Moskvada mitinq Artıq iddialar o həddə çatıb ki, Dumanın avqustun 19-na çağırılmış növbədənkənar iclasında “saxta xəbərlər” məsələsi müzakirə olunacaq. İclasın keçirilməsində məqsəd Moskva şəhər şurasına sentyabr seçkisinə “xarici müdaxilə”dir. Rusiyanın bəzi rəsmiləri Qərbi, o cümlədən ABŞ səfirliyi və Google şirkətini iyuldan bəri küçə etirazlarını təbliğ etməkdə suçlayır. Etirazlar 8 sentyabr seçkisinə müstəqil və müxalifət namizədlərinin buraxılmamasına qarşı keçirilir. Bu etirazlar parlament seçkisindən sonra – 2011-12-ci illərin nümayişlərindən bəri ən böyük yürüşlərdir. Dumanın vebsaytında yerləşdirilmiş bəyanatda deyilir ki, “yaxın gələcəkdə” Yandex rəsmiləri çağırılaraq mövqelərini izah etmək istəniləcək. Yandex Rusiyada ən populyar axtarış mühərrikidir, hər gün baş səhifəsinə milyonlarla ziyarətçi baş çəkir. Son hücuma isə “Kommersant” qəzetinin avqustun 13-də axşam yaydığı məlumat səbəb olub. Məlumatda deyilir ki, Duma üzvü Alfiya Kogogina bir neçə nazirliyə məktubunda köhnə avtomobillərdən istifadənin yasaqlanmasını təklif edib.Kommersant-ın “Duma köhnə avtomobilləri qadağan etməyi nəzərdən keçirəcək” başlıqlı məqaləsi ictimaiyyəti qəzəbləndirib və Yandex-in baş xəbərinə çevrilib. Qəzet yazırdı ki, Rusiyadakı 60 milyon nəqliyyat vasitəsindən təxminən 30 milyonunun istifadə müddəti 10 ildən artıqdır.Rusiyada gəlirlər 2013-cü illə müqayisədə azalıb, iqtisadiyyat neftin ucuzlaşdığı bir dönəmdə Qərbin sanksiyaları ilə üzləşib. Beləliklə, yeni avtomobil almaq bir çox ailələr və fərdlər üçün əngələ çevrilib. Kogogina avqustun 14-də qəzetə deyib ki, məktub yalnız tövsiyə xarakteri daşıyıb, onun qanunvericilik təşəbbüsü olmayıb. O, tövsiyənin şəxsi deyil, yalnız kommersiya maşınlarına aid olduğunu da sözlərinə əlavə edib. Hakim Vahid Rusiya Partiyasının Dumadakı təmsilçiləri isə dərhal bu tövsiyəni dəstəkləmədiklərini söyləyiblər.