Putin pilotlara “Rusiya qəhrəmanı” adı verdi
Rusiya prezidenti Vladimir Putin “Ural Hava Yolları”na məxsus A321 təyyarəsini qəzalı eniş etdirən pilotlar Damir Yusupov və Georgi Murzinə “Rusiya qəhrəmanı” adını verib.     Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, ekipajın digər üzvlərini isə “Qəhrəmanlığa görə” medalı ilə təltif edib.   Göyərtəsində 226 sərnişin olan təyyarə Moskvanın Jukovski aeroportu yaxınlığında qəza enişi etmişdi.