“Fitch” Gürcüstanın iqtisadi artım proqnozunu azaldıb
"Fitch" Beynəlxalq Reytinq Agentliyi Gürcüstanın iqtisadi artım proqnozuna dəyişiklik edib. “Report”un yerli bürosu xəbər verir ki, yenilənmiş proqnoza əsasən, Gürcüstanın builki iqtisadi artımı 4,3%-ə qədər azaldılıb. “Fitch” bu il qonşu ölkədə 4,6% iqtisadi artımın olacağını proqnoz edib. Agentliyin məlumatında qeyd olunub ki, iqtisadi artımın azaldılmasını kredit qoyuluşunun artım tempinin ləngiməsi və Rusiyanın Gürcüstana aviauçuşlara qadağası şərtləndirib: “Rusiya Gürcüstana turist axınının ən böyük mənbələrindən biridir. Rusiyanın uçuşlara qadağa qoyması Gürcüstanın turizm sektorunun genişlənməsinə mane olur”. “Fitch” Gürcüstanın suveren kredit reytinqini “BB” səviyyəsində saxlayıb.