Enerji içkiləri bizi necə məhv edir?
Azərbaycanda satışa çıxarılan enerji içkilərinin vurduğu zərərlə bağlı həkimlər çoxdandır xəbərdarlıq edir. Son dövrlər gənclər arasında qara ciyərin serrzu xəstəliyinin geniş yayılmasının əsas səbəbkarı kimi də məhz bu içkilər göstərilir. Hətta tibb sahəsində "Red Bull serrozu” termini də xəstəliklərin adına əlavə olunub.   Enerji içkiləri bizə hansı zərəri vurur? Ondan istifadə etmək nə dərəcədə doğrudur? Satışda vitrinləri bəzəyən və çoxlu sayda çeşidi olan bu içkilərin insan orqanizminə vurduğu zərər həddindən artıq çoxdur. Bununla bağlı mütəxəssislərin gəldiyi qənaət də odur ki, enrji içkiləri zaman-zaman orqanizmi gücdən salmaqla bərabər, həm də bir çox orqanları sıradan çıxarır. Onların qənaətinə görə, enerji içkilərinin ilk zərər vurduğu orqan mədə, daha sonra isə qara ciyərdir. Bundan başqa, digər orqanların, hətta qanın belə bu içkilərdən ciddi zərər gördüyü vurğulanır. Qeyd edək ki, bu içkilərin insan orqanizminə hansı zərər vurmasını əyani sübut üçün öz üzərində təcrübə keçənlər də var. Elçin Şükür adlı şəxs bildirir ki, heç vaxt enerji içkiləri içməyib. Amma təcrübə etmək üçün əvvəlcə ümumi analiz verib. "İlk analizlərimdə hər şey qaydasındaydı. Bundan sonra hər gün 1 ədəd "Hell” içməyə başladım. Bir ayın sonunda mədəmdə ağrılar başladı”. Elçin Şükür deyir ki, ağrılardan sonra təkrar müayinəyə gedib. Və analizlərin cavabı onu təəccübləndirib. "Analizlərin cavabına görə, qanımda dəmirin miqdarı azalıb. Buna paralel olaraq hemoqlobin də azalıb. Qanda şəkəri idarə edən Beta hüceyrələrinin sayında da azalma var. Mədəmdə PH azalsa da, turşuluq artıb. Üstəlik, spermozoidlərin də sayı 5 faiz aşağı düşüb”. O qeyd edir ki, enerji içkiləri orqanizmdə olan ehtiyat qlukogeni məcburi parçalayaraq, qlükozaya çevirir. "Ona görə də, insanda metobolizm pisləşir. Arıq insan daha da arıqlayır, kök olan isə daha da kökəlir. Mədə isə sıradan çıxır”. Sözügedən şəxs vurğulayır ki, enerji içkiləri sırasında "Hell" və "Bizon" kimi içkilərin təhlükəlilik dərəcəsi çoxdur. Onun sözlərinə görə, ümumilikdə, bütün enerji içkilərinin hamısı zərərlidir. "Təklifim budur ki, insanlar bu içkilərdən imtina etsinlər. Öz canlarının qədrini bilsinlər, sağlamlıqlarını belə təhlükələrə qurban verməsinlər”. jamaz.info