İş insanın cövhəri deyilmiş: Hər 10 nəfərdən 8-i işdə ağlayır

Hamı işindən razı deyil. İş həm də həmişə insanın cövhəri olmur. Kaliforniya Universitetinin araşdırması belə deməyə əsas verir.

Bizimyol.info xəbər verir ki, “The Daily Mail” bununla bağlı material hazırlayıb. Araşdırmaya görə, işləyənlərin 14 faizi azı həftədə bir dəfə işdə ağlayır. Ağlamanın 45 faizi müdir və ya həmkarlar üzündən olur. Halların 16 faizi həm də gərgin iş rejiminə görə baş verir. Məişət üzündən yalnız 20 faiz halda işdə ağlamaq müşahidə edilib. Özü də evdən fərqli olaraq, işdə insanlar rahat ağlaya bilmir. Çünki göz yaşları zəifliyin əlaməti sayıla bilər. Bundan əvvəl Kaliforniya Universiteti başqa maraqlı araşdırma da təqdim etmişdi. Həmin araşdırmaya görə bir yerdə çox işləmək ciddi problemlər yaradır. Məsələn, 9 il müşahidə aparılan bankın əməkdaşları ilk 3 ildən sonra dırnaqlarını yeməyə başlamışdı.