Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb - RƏSMİ
Bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb. Bu barədə musavat.com-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək. pilotun nəşi tapıldı ile ilgili görsel sonucu Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Allah rəhmət eləsin!