Tramp əsəbiləşdi: “Danimarka səfərimi təxirə salıram”
ABŞ Prezidenti Donald Tramp Danimarkaya planlaşdırılan səfərini təxirə salıb. Buna səbəb Danimarka baş naziri Mette Frederiksenin ABŞ-ın Qrenlandiyanı satın almaq istəyini absurd adlandırması olub. ABŞ prezidenti özünün Tvitter hesabında bəyan edib ki, Danimarka öz xalqı ilə özəl bir ölkədir: "Amma baş nazir Mettenin Qrenlandiyanın satışı mövzusuna dair fikirlərinə əsaslanaraq iki həftədən sonra bu ölkəyə edəcəyim səfəri başqa bir zamana qədər təxirə salıram”.