Məhərrəm Qurbanov vəfat etdi
Avqustun 19-da beyin insultu keçirən və təcili şəkildə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Akademik Dövlət Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə Akademik Musiqili Teatrının aktyoru Elxan İsmayılov şəxsi "Facebook" hesabında məlumat paylaşıb. Qeyd edək ki, aktyorun qızı Aytən Qurbanova səhər saatlarında Oxu.Az-ın əməkdaşı ilə söhbətində atasının vəziyyətinin ağır olduğunu və yaşamaq şansının az olduğunu bildirmişdi. Allah rəhmət eləsin!