Qadınlar üçün dəhşətli ölkə: Ağlasığmaz 10 qadağa

Ümumdünya iqtisadi forumunun hesabatına görə, Səudiyyə Ərəbistanı cinsi bərabərlik reytinqində 134 ölkə arasında 129-cu yeri tutur. Bu ərəb ölkəsində qadınlara tətbiq olunan qadağaların sayı-hesabı yoxdur. Bizimyol.info bəzilərini diqqətinizə çatdırır.

Məhrəmsiz bir addım da atmamaq. Qadının harasa getməsinə həyat yoldaşı, qardaşı və ya atası qərar verir. Son vaxtlar bu istiqamətdə dəyişikliklər gözlənilir. Qadınlara tək səyahət etmək imkanı veriləcək. Amma yenə də səudiyyəli qadınlar kişi məhrəmin icazəsi olmadan işə düzələ, ərə gedə, universitetə daxil ola, hətta əməliyyat etdirə bilmir. Sürücülük vəsiqəsi. Səudiyyə Ərəbistanında yaşayan qadınlar bu mərhələni aşmağa başlayıb. Amma proses tam işə düşməyib. Yenə də kişi himayəçinin razılığı olmalıdır. İctimai nəqliyyatdan istifadə. Bu məsələdə də qadınların işi çətindir. İctimai nəqliyyat adına yalnız qatara minə bilirlər, onda da ən son vaqona. Üstəlik, nəqliyyat sektorundakı əksər şirkətlər ayrıca vaqon təklif etməkdən boyun qaçırır. Belədə qadın ya piyada gəzməlidir, ya da taksiyə üz tutmalıdır. Tam qapanmaq. Səudiyyə Ərəbistanında qadınlar tam örtünməyə məhkumdur. Bircə gözləri görünə bilər. Qaydalar bölgələrə görə dəyişir. Məsələn, Ciddədə qadına müəyyən qədər güzəştə gedə bilərlər. Səudlar nəslinin nümayəndələrinin yaşadığı Nəcddə heç güzəşt yoxdur. Ali təhsil. Ali təhsil almaq olar, amma yenə də kişinin icazəsi lazımdır. Nə qədər qəribə olsa da, ölkədə aili təhsilli qadınların sayı kişilərə nisbətən çoxdur. Hərçənd, qadınlar üçün universitetlərdə təhsilin səviyyəsi çox aşağıdır. Təhsili olan qadınların əksəri işləmir. İş. Əmək bazarında qadınların payı cəmi 17 faizdir. İşləmək üçün yenə kişilərin icazəsi vacibdir. Heç işəgötürənlərə də qadınlar sərf etmir. Ayrıca ofislər, hətta girişlər təşkil etmək lazım gəlir. Məcburi ərə vermək. Səudiyyə Ərəbistanında cinsi yetkinlik yaşına çatmayan qızları ərə vermək dəbi var. Formal olaraq guya məcburi ərə vermək qadağandır. Ümumiyyətlə, 7 yaşından sonra qız uşağının bütün haqları ataya verilir. Onun isə qızının nişanlısı ilə müqaviləsi olmalıdır. Xüsusi ərazi. Qadınlar həmcinslərləri ilə yalnız evin “hərim” adlanan xüsusi ərazisində vaxt keçirə bilər. Kişilərə aid hissəyə ayaq basmaq olmaz. Qadın həyat yoldaşı ilə yalnız daxili telefonla əlaqə saxlamalıdır. İctimai ayrı-seçkilik. Qadınların hər yerdə haqları məhdudlaşdırılır. Miras bölüşdürüləndə onlara kişilərdən iki dəfə az çatır. Bəzən, ümumiyyətlə, varis hüququnu itirir. Qadın haqlı olduğunu göstərmək üçün 6 kişi şahid gətirməlidir. Cəza. Qanunu pozanlara sərt cəzalar nəzərdə tutulub. Qadını hətta din polisi uyğun geyinməməkdə ittiham edərək cəzalanmasına nail ola bilər. Ya şallaqlanacaq, ya da həbs çəkəcək. Həbsdən isə kişi himayəçinin üzründən sonra çıxmaq mümkündür.