Başına böyük məbləğdə pul qoyulmuş PKK terrorçusu məhv olundu - Foto

22 avqustda Türkiyənin  Mardin vilayətinin Savur rayonunda jandarma və polisin keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilən 5 terrorçudan birinin terror cinayətindən axtarışda olanların siyahısında olduğu müəyyən edilib.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə DİN məlumat yayıb. Adı “boz siyahı”da olan terrorçunun başına 300 min türk lirəsi qoyulmuş “Hebat” kod adlı Əbdürrəhman Siler olduğu müəyyən edilib.  Zərərsizləşdirilən terrorçunun sabotaj təlimi aldığı və regionda terror aktı törətməyə hazırlaşdığı bildirilib.