“Məni şərləyərək həbs ediblər”-Məhkum prezidentə müraciət edir
AR Prezidenti cənab İlham Əliyevə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssəsində saxlanılan Rüstəmov Xəyal Elyaz oğlu tərəfindən    
Müraciət    


Hörmətli cənab Prezident!

     


Yazaraq diqqətinizə çatdırmaq istəyirəm ki, 19.12.2017-ci il tarixdə Beylaqan RPŞ-nin rəisi Fizuli Şixəliyevin sifarişi ilə DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Elşən Abdullayev tərəfindən şərlənərək və DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Reket şöbəsinin rəisi Müzəffər və həmin şöbənin digər əməkdaşları tərəfindən  işgəncələrə məruz qalmışam. Mənə qarşı psixi iztirablar və insanlığa sığmayan hərəkətlər olunaraq həbs olunmuşam.


Buna səbəb isə Beylaqan RPŞ-nin polis əməkdaşı olaraq, rəis F.Şixəliyev və onun “Xəzinadar”qudasının törətdikləri bir çox cinayətlər barədə araşdırma apararaq ictimaiyyət vasitəsi ilə Sizə müraciət etmək istəmişəm.Lakin bundan F.Şixəliyev və onun yüksək rütbəli “Xəzinadar” qudası xəbər tutaraq DİN-nin Baş İstintaq və Təhqiqat idarəsinə məni sifariş verərək şərləyiblər və mən  həbs olunmuşam. Sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsinin Hakimi Əhməd Quliyevə F.Şixəliyev və qudası şəxsən sifariş verərək hakim tərəfindən mənə hökm oxunaraq 9 il azadlıqdan məhrum olunmuşam.

  Cənab Prezident!   Mən özümü yalnız bir işdə təqsirkar hesab edirəm;bir Azərbaycan vətəndaşı olaraq vətəndaş hissini cilovlaya bilmədiyim üçün F.Şixəliyevlə qudasının çirkin əməllərinin qurbanı olmuşam. Yəni Beyləqan RPŞ-nin digər 150 nəfər şəxsi heyəti kimi kor, lal, kar olmayaraq bu qudalara dəfələrlə öz tövsiyyələrimi verərək onlara öz çirkin əməllərindən əl çəkməyi məsləhət bilmişdim. Əvəzində isə onların sifarişi ilə şərlənərək 9 il azadlıqdan məhrum olunmuşam.


Cənab Prezident!

Siz hər bir Azərbaycan vətəndaşının qarantı olaraq mənim və ailə üzvlərimin də qarantısız. Buna görə də yuxarıda adlarını qeyd etdiyim yüksək rütbəli məmur və demək olar ki, mütəşəkkil cinayətkar dəstə ilə tək başına mübarizə apardığım üçün bu onlrın çirkin əməllərindən mənim və ailə üzvlərimin təhlükəsizliyinin təmin olunmasına, mənə qarşı qaldırılan sifarişli, qondarma cinayət işini öz nəzarətinizə götürərək yenidən ibtidai istintaqa qaytarılıb araşdırılmasına, yuxarıda adlarını qeyd etdiyim cinayətkar dəstənin cinayət məsuliyyətinə cəlb olunmağına köməklik göstərməyinizi Sizdən xahiş edirəm.  

X.E.Rüstəmov         19.08.2019-cu il