Fuad Ələsgərovun işcisi şikayətləri gizlədir?-Jurnalistdən müraciət
Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri  Fuad Ələsgərova

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə Müəssisəsində saxlanılan Məhkum Tağıyev Mahmud Rasim oğlu tərəfindən                 Müraciət



          Hörmətli Fuad müəllim!   Yazaraq diqqətinizə çatdırmaq istəyirəm ki, 03.07.2018-ci il tarixində Baş Prokurorluğun idarə rəisi Kamal Qılıcov, Ali Məhkəmənin hakimi İlqar Qılıcov və onların əlaltısı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə məhkum olunan polis kapitanı Toğrul Tağıyev tərəfindən şərlənərək həbs olunmuşam. Buna səbəb isə onların törətdikləri bir çox  əməllər barədə apardığım jurnalist araşdırmasından təşvişə düşmələri olub.K.Qılıcov, İ.Qılıcov və T.Tağıyevin törətdikləri bir çox geniş şaxəli  qanunsuz  əməllərindən Mən Sizə və Hüquq-mühafizə orqanlarına yüzlərlə müraciətlər etmişəm. Lakin bu üçlük hələ də cinayət məsuliyyətindən kənarda qalıb. Səbəb kimi bir jurnalist olaraq araşdırmanın nəticəsini diqqətinizə çatdırmaq istərdim. Belə ki, bu qanunsuzluq mühitinin və şəxslərin rahat şəkildə nəfəs almasına münbit şərait yaradanlardan biri də Sizin rəhbərlik etdiyiniz şöbənin əməkdaşı Vəliyev Sərvər Yaqub oğludur. Bu məsələləri kənardan izlədikdə və təhlil etdikdə S.Vəliyevin bu və digər oxşar mühitdən olan şəxslərin fəaliyyətlərindəki qanunsuzluqlara göz yummasını öz şəxsi və ailə maraqlarına xidmət etməsi kimi qələmə vermək olar. Vaxtı ilə bəndəniz S.Vəliyevin qardaşı,adı qanunsuz  əməllərdə hallanan Pərviz Vəliyevdən mətbuata bir neçə araşdırma yazı təqdim etmişdir. Yazılar ictimai qınağa çevriləndən sonra P.Vəliyev DİO-da tutduğu vəzifədən azad olunmuşdur. Və o vaxtdan S.Vəliyev qardaşına görə mənimlə düşmən mövqeyindədir. Mənim qanunsuz həbsimdən sonra Sizə etdiyim yüzlərlə müraciətlərim S.Vəliyev tərəfindən gizlədilərək Sizə məruzə olunmur. Qılcovlar qardaşları P.Vəliyevi silah olaraq istifadə etməklə S.Vəliyevi öz təsir dairələrinə salmağa nail ola bilmişlər. Yuxarıda sadalanan faktları və mövzunu təhlil edərək belə qənaətə gəlmək olarki Kamal və İlqar Qılıcovlar tam rahat şəkildə ölkə vətəndaşlarının hüquqlarını əzərək onları zindanlara yollayır, müxtəlif üsullarla insanların əllərindəki malı-mülkü mənimsəyir , hakimlərə sifariş ,eləcədə təzyiqlər edərək dövlət içərisində öz “dövlətlərini” yaratmağa nail olmuşlar. Bu da böyük bir kütlənin dövlətdən, məmurlardan, hüquq-mühafizə orqanlarından inamsızlığına, eləcə də vətəndaş itaətsizliyinə gətirib çıxarmaqdadır. Ümid edirəm ki, yuxarıda qeyd etdiyim faktlarla əlaqədar olaraq Sizin tərəfinizdən müraciətimə müsbət reaksiya veriləcək.


Hörmətlə, jurnalist Mahmud Rasimoğlu  


19.08.2019         


"Legion"