Şərlənərək həbs olunan jurnalistin həyat yoldaşı Fuad Ələsgərovun qəbulunda olub
Sifarişlə həbs olunan jurnalist Mahmud Rasimoğlunun həbsi ilə bağlı  jurnalistin həyat yoldaşı Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri  Fuad Ələsgərovla da görüşüb. Şərlənərək həbs olunan jurnalistin ailəsi ilə əlaqə saxladıq .  Jurnalistin ailəsindən redaksiyamıza  verilən məlumata görə onlar artıq ikinci dəfədir ki, Fuad Ələsgərovun qəbulunda olublar.Birinci dəfə qəbulda olarkən  jurnalistin ailə üzvünü təcili  baş prokuror Zakir Qaralovun qəbuluna göndərərək bildiriblər ki, “gedin  sözünüzü orda deyin məsələ həllini tapsın”.Xatırladaq ki,Mahmud Tağıyev  Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, general  Kamal Qılıcovun sifarişi ilə  həbs olunub. Cox təəsüflər olsun ki,jurnalistin həyat yoldaşını prokurorluqda   sıravı bir prokuror  qəbul edib .Sadəcə ad olub ki, “şikayətcini qəbul  etdik”. İkinci  dəfə- Prezident Aparatına olan şikayətlərdən sonra  isə prokurorluqdan zəng edib  ora dəvət edərək  jurnalistin ailə üzvünə bildiriblər ki,onu mühüm bir şəxs qəbul edəcək.Bu dəfə jurnalistin xanımını  Baş prokurorun köməkçisi Zaur  Axundzadə qəbul edib və bildirib ki, “siz apellyasiya şikayəti verin ,mən sizə söz verirəm ki, bu məsələni şəxsən,ədalətli araşdıracam “Cox təəssüf hissi ilə bildirirəm ki üstündən bir necə gün sonra Zaur müəllim imzası ilə  ittiham aktınıdan götürülmüş cümlələrlə  yazılı məktub aldım .Düzü mən Zaur müəllimin bəhs etdiyi ədalətin nədən ibarət oldugunu  hələ də anlaya bilmirəm. İttiham aktı məndə də var ,onu yenidən mənə göndərməyin mənası nə idi ki?! Biz  hökmdən apellyasiya şikayəti verdik və ilkin oxunuşdan jurnalistə qarşı çıxarılan  hökm qüvvədə  qaldı.Məgər ədalət budur?! Bu qərardan təbii ki,narazı qaldığımıza görə məcbur olub ikinci dəfə Fuad müəllimin qəbuluna getdim.Bu dəfə  yenə ərizəmi alib nəzarətə götürdülər və  İkinci dəfə yenə də baş prokuror Zakir  Qaralovun qəbuluna yazdılar və dedilər ki “mütləq gedin və sabah deməsinlər ki, xəbərimiz yox idi.Məcbur olub yenə prokurorluga , baş prokuror Zakir Qaralovun qəbuluna getdim.Bu dəfə  ərizəmi alıb dedilər ki, sizi  generalın qəbuluna yazıblar,siz ərizənizi verin  ,general məlumatlansın və biz sizə xəbər edərik”.Mən hal-hazırda generalın qəbulunu gözləyirəm və hər halda ümid edirəm ki, Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri  Fuad Ələsgərovun  tapşırıgına  biganə yanaşmazlar. Və bu işə haqqın ədaləti ilə "(prokurorlugun sifarişli " ilə deyil)baxılacaq,məni qəbul edən general  işlə yaxından tanış olub bu haqsızlıga son verəcək ”.,- deyə şərlənərək həbsə salınan jurnalist Mahmud Rasimoğlunun  həyat  yoldaşı bildirdi.    
Legion.az