Pilot huşunu itirdi, təyyarəni sərnişin endirdi
İngiltərənin Mançester şəhərindən Portuqaliyanın Madeyra adası istiqamətində hərəkətdə olan təyyarənin pilotu anidən huşunu itirib.

Metbuat.az xəbər verir ki, “Jet2” hava yolları şirkətinə məxsus olan təyyarə yerə düşmək təhlükəsi ilə üzləşib.

Lakin, təyyarədə sərnişinlərdən birinin pilot olması faciənin qarşısını alıb. Pilotun yerinə keçən həmin sərnişin təyyarəni təcili olaraq Porto şəhərinə endirib.

Pilot xətəxanaya yerləşdirilib.