Ərdoğan Rusiyada
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada rəsmi səfərdədir.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, R.T.Ərdoğanı XİN başçısı Mövlud Çavuşoğlu, Xəzinə və maliyyə naziri Berat Albayrak, Müdafiə naziri Hülusi Akar və digər rəsmilər müşayiət edir. 
Səfər çərçivəsində Ərdoğan və Rusiya prezidenti Vladimir Putin MAKS-2019 beynəlxalq hava nəqliyyatı və fəza sərgisinin açılış mərasimində iştirak ediblər. 
Tərəflərin təkbətək görüşündə iki ölkə arasındakı münasibətlər, Suriya və digər beynəlxaq məsələlər müzakirə edilib.