BMT Azərbaycan XİN-nin etiraz məktubunu qulaqardına vurdu
Ermənistanın Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasında qondarma “Dağlıq Qarabağ Respublikası”nın adından hazırlanan hesabatı təqdim etməsi rəsmi Bakının ciddi etirazına səbəb olmuşdu. 6 dildə yayımlanaraq BMT-nin rəsmi saytında yerləşdirilən xəbərdə Qarabağdakı rejimin fəaliyyəti barəsində məlumatlar və Azərbaycanı ittiham edən məqamlar yer almışdı.   Modern.az xəbər verir ki, məsələyə reaksiya verən Azərbaycan Xarici İşlər Nazirliyi BMT-yə etiraz məktubu göndərildiyini bildirmişdi. Amma avqustun 22-də verilən həmin açıqlamaya baxmayaraq, BMT-nin rəsmi saytında qondarma "Dağlıq Qarabağ respublikası"nın ("DQR") Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə Könüllü Milli İcmalı sənədi qalmaqdadır.   BMT-nin saytında - https://undocs.org/en/A/74/282 həmin sənədi 6 dildə oxumaq mümkündür.