Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatıb
Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatıb. "Report" xəbər verir ki, qeydiyyat avqustun 27-si saat 17:00-dək davam edib.  Ali məktəblərə qəbul olunan abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçiblər. Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə sentyabrın 2-dək davam edəcək.