Jurnalistin vəkili ilə görüşünə problemlər yaradılır?
Bildiyiniz kimi Bakı Ağır Cinayətlər məhkəməsinin 30 aprel 2019 tarixli hökmü ilə  jurnalist Mahmud   Rasimoğlu(Tagıyev) 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökm kobud qanun pozuntuları ilə çıxarılıb. Xatırladaq ki,Mahmud Tağıyev  Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, general  Kamal Qılıcovun sifarişi ilə  həbs olunub. Cinayət işində Mahmud Rasimoğlunun Toğrul Tağıyevi şantaj etməsi barədə sübut olmadığı üçün, istintaq orqanı işə digər şəxslərlə bağlı epizodlar da əlavə edilib . “Qafqaz Xəbər Agentliyi”nin rəhbərinə 12 il il həbs cəzası verilsə də nə bu ittiham,nə də ki digər ittihamlar sübuta yetirilməyib. Şərlənərək  həbs olunan jurnalistin hüquqlarını müdafiə edən vəkil  Cavanşir Süleymanovun  verdiyi məlumata görə onun ,9 saylı cəzacəkmə müəssisəsində saxlanılan Mahmud   Rasimoğlu ilə görüşünə  süni maneələr yaradılır. Belə ki, vəkil  Cavanşir Süleymanovun   bildirdiyinə görə  onun  həbsdə yatan jurnalistlə görüşünə imkan verilməyib. Vəkilin dediyinə görə hüquqlarını qoruduğu  jurnalist Mahmud Rasimoğlu ilə görüşməyə icazə  almaq üçün o Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə 2 dəfə rəsmi  müraciət göndərib və  ikisində görüşə icazə verilməyib.Birinci dəfə  Penitensiar Xidmətdən ərizəyə cavab gəlib ki,”siz  rəisin adına ərizə  yazmısız,amma müavinin adına yazmaq  lazımdır”. Hansı ki,qaydalarda belə şey yoxdur. İkinci ərizə də geri qaytarılıb.Səbəb də o gətirilib ki,müavinin rütbəsi  düzgün yazımayıb. Bu səbəbdən vəkil  3 -cü dəfə müraciət göndərməyə məcbur olub. Vəkil  Cavanşir Süleymanovun  dediyinə görə imtinalara gətirilən səbəblər qanuna uyğun deyil. ”Belə bir qanun yoxdur.Bununla sadəcə olaraq  görüşə  hansısa məqsədlə mane olurlar”,-deyə vəkil bildirib.         Legion.az