Rusiyada binanın divarı çökdü: ölənlər və dağıntı altında qalanlar var
Rusiyannın Novosibirsk şəhərində yenidənqurma zamanı bir mərtəbəli binanın divarı çöküb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, 350 kv.m ərazinin çökməsinə səbəb tikinti tələblərinin pozulmasıdır. Hazırda əraziyə FHN-nin 70 nəfər canlı qüvvəsi və 20 ədəd texnikası cəlb olunub. Dağıntı altında 12 işçinin qaldığı ehtimal edilir. Rusiya İstintaq Komitəsinin vilayətdəki idarəsindən bir nəfərin dağıntılar altından xilas olunduğu, azı iki nəfərin öldüyü bildirilib: “Ölənlər var, dəqiq sayını deyə bilmərik, ancaq iki nəfərdən az deyil”. Artıq baş verən hadisə ilə bağlı cinayət işi açılıb.