31 il sonra attestat alan məşhur aktyor müəllim işləyəcək
Texas universiteti 2019-cu ilin payızından ABŞ aktyoru Mettyu Makkonahini müəllim vəzifəsinə qəbul edəcək. Bu barədə The Hollywood Reporter yazır. Makkonahi radio və televiziya fakültəsində dərs deyəcək. Məlumata görə, aktyor 2015-ci ildən bəri mütəmadi olaraq ali məktəbə baş çəkib.  Qeyd edək, Makkonahi məktəbi bitirdikdən 31 il sonra attestatını alıb.