Ukrayna Ali Radası yeni sədrini seçdi

Siyasətçi Dmitri Razumkov Ukraynanın yeni Ali Radasının bu gün keçirilən birinci iclasında böyük səs çoxluğu ilə parlamentin spikeri seçilib.

“Qafqazinfo”nun “strana.ua” portalına istinadən verdiyi xəbərə görə, “Xalqın xidmətçisi” partiyasını Radada təmsil edən 36 yaşlı deputatın lehinə iclas zalında qeydiyyatdan keçmiş 419 nəfərdən 382 deputat səs verib. Bundan başqa, 26 deputat onun əleyhinə səs verib, 11 nəfər isə bitərəf qalıb. Xatırladaq ki, Vladimir Zelenski 20 mayda Prezident seçiləndən 3 gün sonra Ali Radanı buraxmışdı.