Əmircanlılar susuz qaldı - Qanunsuz tikililərə görə
Suraxanı rayonu, Əmircan qəsəbəsinə dörd gündür su verilmir.  Bu barədə Oxu.Az-a sakinlər şikayət ünvanlayıb.  Onların sözlərinə görə, qəsəbənin keçid 1847-1848 ünvanında yerləşən beşmərtəbəli binalarda yaşayan sakinlər susuz qalıb.  Sakinlərin iddiasına görə, "Azərsu" ASC-nin əməkdaşları onlara bildirib ki, suyun kəsilməsinə səbəb Əmircandakı qanunsuz tikililərə su verilməsidir.  "Azərsu" ASC-dən saytımıza bildirilib ki, ərazidə su ilə bağlı yaranan problem həll olunub.