Üç şəhərin baş planının tərtibi üçün pul ayrıldı - Yarım milyona yaxın
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Goranboy, Gədəbəy və Astara şəhərlərinin baş planlarının tərtibi işlərinin satın alınması üzrə üç tenderin nəticələrini açıqlayıb. Komitənin məlumatına görə, müvafiq olaraq "İNTEGRİS" MMC-yə 140 095 manat, "Azərdövlətlayihə" DBLİ-yə 148500 manat və "EL&EN" firmasına 153 000 manat ödəniləcək. Qeyd olunan təşkilatlarla satınalma müqaviləsi bağlanıb.