"Qarabağ"ın Avropa Liqasındakı - RƏQİBLƏRİ
Bu gün Monakoda UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.  Oxu.Az xəbər verir ki, püşatma zamanı Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri məlum olub. Beləliklə, A qrupunda komandamızla yanaşı, "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj" (Lüksemburq) mübarizə aparacaq. Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək.