"Qarabağ" Avropa Liqasına "Sevilya" ilə başlayacaq
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib. Oxu.Az UEFA-nın saytına istinadən xəbər verir ki, Ağdam klubu ilk matçını sentyabrın 19-u doğma meydanda "Sevilya"ya qarşı keçirəcək. 
5-ci turda "Sevilya"nın qonağı olacaq Qurban Qurbanovun komandası son turda "Düdlanj"ı qəbul edəcək. I tur 19 sentyabr "Qarabağ" - "Sevilya" II tur 3 oktyabr "Düdlanj" - "Qarabağ" III tur 24 oktyabr "Qarabağ" - APOEL IV tur 7 noyabr APOEL - "Qarabağ" V tur 28 noyabr "Sevilya" - "Qarabağ" VI tur 12 dekabr "Qarabağ" - "Düdlanj"