İndoneziyada aksiyalar və irqçi çıxışlar qadağan edildi
İndoneziyanın Papua və Qərbi Papua əyalətlərində nümayişlər və irqçi çıxışlar qadağan edilib.   Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, ərazidə ötən illərdə irqçilik və etnik diskriminasiya pik həddə çatıb. Son həftələrdə davam edən nümayişlər isə zorakılığa çevrilib. Polis tikililərə zərər vuran, yandıran, zorakılıq və provokasiyaya yol verən 28 nəfəri həbs edib. Aksiyalar nəticəsində 6 nəfər həyatını itirib.    Əyalətə təhlükəsizliyin təminatı üçün 6 min polis və hərbi heyət göndərilib.    Qeyd edək ki, separatçıların tələbi referendum keçirilməsi və müstəqillik əldə etməkdir.