Gürcüstanın Baş naziri istefa verəcək

Gürcüstanın Baş naziri Mamuka Baxtadze bu gün istefa verəcək.   Qaynarinfo xəbər verir ki, M.Baxtadze günorta saatlarında bəyanatla çıxış edəcək.   İsfefa qərarı hakim Gürcü Arzusu Partiyasındakı dəyişikliklə əlaqədardır. Belə ki, hazırkı DİN rəhbəri Giorgi Qaxarianın Baş nazir, partiyanın siyasi katibi İrakli Qaribaşvilinin isə DİN başçısı təyin edilməsi gözlənilir.