Gürcüstanda yeni baş nazir təqdim olunub
Gürcüstanda baş nazirliyə yeni namizəd təqdim olunub. Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası bu posta daxili işlər naziri Georgi Qaxariyanı təqdim edib.   Baş nazir Mamuka Baxtadzenin istefasından sonra vakant qalan posta Qaxariya təyinat alıb. Bu barədə qərarı hakim “Gürcü Arzusu” partiyasının siyasi şurası verib. Georgi Qaxariyanın təqdimatını partiyanın sədri, milyarder Bidzina İvanişvili elan edib.   Boş qalan daxili işlər naziri postunu Vaxtanq Qomulauri, müdafiə naziri postunu İrakli Qaribaşvili tutacaq. Buna qədər müdafiə naziri olan Levan İzoriya isə Milli Təhlükəsizlik Şurasının Baş katibi olacaq.