Bu il Rusiyaya gedən azərbaycanlılar…
Bu ilin 6 ayı ərzində Rusiyanı 10,7 milyon insan ziyarət edib.   Modern.az Rusiya Statistika üzrə Federal Xidmətinə istinadən xəbər verir ki, yanvar-iyun aylarında bu ölkəni 418 min Azərbaycan vətəndaşı ziyarət edib. Bu göstərici üzrə azərbaycanlılar ilk “onluq”da 5-ci yeri tuturlar.   Rusiyaya ən çox səfər eədn xarici ölkə vətəndaşları arasında Ukrayna (3,424 milyon nəfər), Qazaxıstan (1,569 milyon), Çin (780 min), Finlandiya (430 min), Polşa (232 min), Almaniya (270 min), Ermənistan (260 min) və Estoniya (232 min) liderdir.