Azərbaycanda payız bu tarixdən başlayacaq
Payız fəslinin Azərbaycana daxil olacağı dəqiq tarix məlum olub.  Oxu.Az-ın məlumatına görə, payız fəsli Azərbaycanda sentyabrın 23-də Bakı vaxtı ilə saat 11:50-də başlayacaq. Payızda gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən cənub yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır.