İrana qarşı yeni sanksiyalar tətbiq olundu
ABŞ İran İslam Respublikasının Kosmik Agentliyinə qarşı sanksiya tətbiq edib. "RİA Novosti" xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, sanksiyalar Astronavtika Araşdırma İnstitutu, Kosmik Agentlik və İran Kosmik Tədqiqatlar Mərkəzinə qarşı tətbiq ediləcək. Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyi Cəbəllütariq boğazında Suriyaya neft daşımaqda şübhəli bilinərək Britaniya hərbçiləri tərəfindən saxlanılan İranın "Adrian Darya 1" tankerinə qarşı sanksiya tətbiq edib.(Xezerxeber.az)